Sizin reklam burada
Sizin reklam burada
  • Əziz dostlar! Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili özünün Feysbuk hesabında yazıb

    Əziz dostlar! Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili özünün Feysbuk hesabında yazıb:

    "Bu gün Azərbaycan xalqının və bütün Qafqazın böyük oğlu İlham Əliyevin doğum günüdür.

    İlham hamımızın arzuladığı hər şeyə nail ola bildi: o, Azərbaycan torpaqlarını azad etdi və sülh yaratdı, Azərbaycanı bir obyektdən dünya siyasətində çox vacib bir subyektə çevirdi.

    Müasir tarixdə az sayda dünya lideri bu cür nailiyyətlərlə öyünə bilər. İlham Heydər oğlunun adını tarixə qızıl hərflərlə həkk etdiyini və əsrlər boyu xatırlanacağını söyləmək olar.

    Prezident İlham Əliyevlə dost olmaq və yaxından əməkdaşlıq etmək imkanım olduğuna görə qürur duyuram. Və bu gün o, bütün xalqın ləyaqətini qorumaqda dürüstlük və sarsılmazlıq nümunəsi göstərir.

    Əsl lider məhz belə olmalıdır - axının əksinə getməkdən və nəticə əldə etməkdən çəkinməyən biri.

    Ona uzun ömür və ölkəsinə firavanlıq arzulayıram”



    Rəşad Mahmudov
    Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ