Sizin reklam burada
Sizin reklam burada
  • Tarixi missiyanın və böyük hədəflərin Prezidenti

    Musa Urud
    millət vəkili

    Azərbaycan xalqının böyük Lideri cənab Prezident İlham Əliyev öz xalqı ilə birlikdə ölkəmizin və tariximizin ən ağır problemini həll etdi- torpaqlarımız erməni işğalından azad edildi.
    Tarixi bir missiya Müzəffər Ali Baş Komandan və onun yaratdığı qüdrətli Milli Ordumuz tərəfindən 44 günlük müharibədə yerinə yetirildi, ərazi bütövlüyümüz və milli suverenliyimiz tam təmin olundu.
    Ata vəsiyyəti yerinə yetirildi.
    Bir zirvə fəth olundu!
    İndi Qarabağ yaylasından baxanda Zəngəzur dağları çox yaxın və aydın görünür!

    Qarşıda isə yeni hədəflər dayanır.

    Hədəflər: bölgədə sülhü əbədi etmək və tərəqqiyə nail olmaqdır.
    - Onun Liderliyi ilə nail olacağıq!

    Hədəflər: qüdrətli bütöv Azərbaycandır.
    -Onun Liderliyi ilə edəcəyik!

    Hədəflər:Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirməkdir.
    - Onun Liderliyi ilə yaradacağıq!

    Hədəflər: Zəngəzur dəhlizinin və bütün kommunukasiyalatın açılmasıdır. Qərbi Azərbaycana maneəsiz və ləyaqətlə qayıtmağımızdır.
    -Onun Liderliyi ilə Qayıdacağıq!

    Hədəflər Böyük Türk birliyimizi qurmaqdır.
    -Onun Liderliyi ilə quracağıq!

    Bu tarixi missiyaların və yeni hədəflərin yerinə yeririlməsi yolunda cənab Prezidentə can sağlığı, uzun ömür və yeni - yeni uğurlar arzu edirəm!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ