Sizin reklam burada
Sizin reklam burada
  • Birlik və həmrəylik

    Semur Əsgərov,
    YAP Göygöl rayon təşkilatının məsləhətçisi

    Ötən əsrin sonlarında Azərbayanda milli oyanışı boğmaq istəyən SSRİ rəhbərliyi respublikamızda milli münaqişələr yaratmağa cəhd etdi. Çoxmillətli bir respublika üçün belə meyillər, şübhəsiz ki, təhlükəli idi. Bu fitnəyə uyan ermənilər 1988-ci ildən başlayaraq Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladılar. Həmin vaxtlarda Azərbaycanın səriştəsiz dövlət rəhbərləri qətiyyətli tədbirlər görmək əvəzinə gözləmə mövqeyi tutdular, mərkəzi hakimiyyətin hansısa addımlar atacağına ümidli oldular. Mərkəzi hakimiyyət isə Azərbayanı sındırmaq, Ermənistana dəsdək vemək siyasətini davam etdirirdi. Beləliklə, xalqla hakimiyyət arasında uçurum günü-gündən dərinləşməkdə idi. Qəhrəman, ədalətli xalqımız nəinki Mərkəzi hökümətin, Azərbayan hökümətinin də ədalətsiz davranışına, etiraz edirdi. Bu etirazlar fonunda tez-tez hakimiyyət dəyişikliyi baş versə də, xalqın haqlı tələblərinə əməl edəcək rəhbərlər yox idi. Belə bir şəraitdə xalqımız çıxış yolunu böyük dövlət təcrübəsinə malik olan Heydər Əliyevə müraciət etməkdə gördü.
    Nəhayət, 1993-cü il iyun ayının 15-də Azərbaycan xalqının istəyi və təkidli tələbi ilə ulu öndərimiz Heydər Əliyevin Bakıya gəlişi və Milli Məclisə sədr seçilməsi, həqiqətən, xalqımız, dövlətimiz üçün Qutuluş Günü oldu. Elə həmin vaxtdan başlayaraq respublikamızda milli birlik və həmrəylik yaranmağa başladı. Xalqımız bir nəfər kimi ümummilli liderin ətrafında birləşdi. Bir çox çətin problemlərlə üz-üzə qalmış respublikanı ulu öndər Heydər Əliyev bu problemlərin cəngindən aldı. Dağıdılmış iqtisadiyyatı bərpa etmək, zəif düşmüş ordunu gücləndirmək üçün Ermənistanla atəşkəs haqqında müqavilə bağlandı. ”Əsrin müqaviləsi” adlanan neft kontraktlarının imzalanması Azərbaycanın gələcək inkişafına yönələn təməl daşlarının düzülməsi anlamına gəlirdi. Bu təməl əsasında qurulan Azərbaycanın iqtisadiyyatı ilbəil güclənməyə, əhalinin güzəranı yaxşılaşmağa başladı.
    Ulu Öndərin ideyalarını uğurla davam və inkişaf etdirən cənab İlaham Əliyev ordu quruculuğu işini prioritet məsələ kimi diqqətdə saxladı, xalqımızın rifahının yaxşılaşmasına, birlik və həmrəylik duyğularının möhkəmlənməsinə nail oldu. Daxili siyasətdə olduğu kimi xarici siyasətdə də uğurlu işlərə imza atdı. Ermənistan dövlətini işğalçılıq siyasətindən əl çəkməyə, sülh yolu ilə torpaqlarımızı azad etməyə səslədi. Havadarlarına arxayın olan ermənilər isə torpaqlarımızı boşaltmaq fikirlərini yaxına belə buraxmadılar. Belə bir şəraitdə düşmənilərimizin işğal etdikləri ərazilərdən öz xoşu ilə çıxmayacağını görən cənab prezidentimiz, Ali Baş Komandanımız ordumuzun bütün bölmələrini ən müasir silahlarla təmin etməyə, təlim və məşq döyüşlərinin keyfiyyətini xüsusi diqqətdə saxlamağa başladı.
    2016-cı ilin aprel ayının 1-2-də sərhəddə baş verən münaqişə zamanı Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı kəndi düşməndən azad edildi, Goranboy və Tərtər rayonları istiqamətində bəzi ərazilər və yüksəkliklər düşmən işğalından təmizləndi. Tarixə “Aprel döyüşləri” kimi düşən bu döyüş Azərbaycan Ordusunun gücünü, Azərbaycan rəhbərliyinin iradə və əzmini nümayiş etdirdi. Bu döyüş II Qarabağ müharibəsi üçün Baş məşq hesab oluna bilərdi. Aradan daha 4 il keçdi. 2020-ci il sentyabrın 27-də ermənilərin hücümlarına Azərbaycan Ordusu qətiyyətlə cavab verdi, müdafiə olunmaqdan hücuma keçdi. Ordumuzun həyata keçirdiyi əks hücum əməliyatları əhalinin bütün təbəqələrini ruhlandırdı, xalqımız müharibə, vətənpərvərlik, yurdsevərlik duyğularına kökləndi. Bu zaman vətəndaşlarımız evlərində olan ən yaxşı yataq dəstlərini, qış geyimlərini orduya göndərməkdən məmnunluq duyurdular. Bu cəfakeşlik, bu fədakarlıq təkcə bir-iki rayonla, şəhərlə bağlı deyildi. Respublikamızın hər tərəfindən insanlar maşın-maşın gəlir, özləri ilə gətirdikləri ərzaq, əşya və sovqatları cəbhə bölgəsinə, qəhrəman əsgərlərimizə çatdırmağa çalışırdılar.
    İkinci Qarabağ müharibəsində fərarilik edən, döyüş meydanını qoyub qaçan bir əsgərimiz, zabitimiz olmadığı kimi, döyüşün dayanmasını istəyən bir vətəndşımızda yox idi. Hər kəsin ürəyində qələbə eşqi, qaliblik duyğusu, torpağımızı azad görmək məhəbbəti, istəyi vardı. Qələbəmizi təmin edən şərtlərdən biri də respublikamızda yaşayan bütün xalqların, etnik qrupların arasında olan birlik və həmrəylik idi. 44 günlük müharibə zamanı talış da, tat da, ləzgi də, yəhudi...də eyni könüllə, eyni istəklə vahid vətənimiz olan Azərbaycanın işğaldan azad olunması uğrunda əzmkarlıqla vuruşdu, tarix salnaməsinə özlərinin şərəfli adını qızıl hərflərlə yazdı.
    Ölkəmizin daxilində milli birlik və həmrəylik yüksək səviyyədə olduğu kimi, ölkəmizdən xaricdə də Azərbaycanın haqq işini müdafə edən dövlətlər də oldu. Bu baxımdan ilk növbədə bizimlə “bir millət, iki dövlət” olan qardaş Türkiyə dövlətinin fəaliyyətini ehtiram və minnətdarlıqla xatırlayırıq. Türkiyə və Pakistan dövlətlərinin düzgün və ədalətli mövqeyi Ermənistana dəstək verən bir sıra dövlətlərin əl-qolunu bağladı.
    Ölkəmizin daxilində olan birlik, xarici aləmlə olan həmrəylik Azərbaycan əsgərinin qələbə ruhunu daha da gücləndirdi. 2020-ci ilin sentyabr ayının 27-də başlanan əks-hücüm tarixdə görünməmiş bir vüsətlə, qeyri-adi bir sürətlə davam etdi və döyüşün 8-ci günü Cəbrayıl şəhəri düşməndən azad edildi. Müzəffər Ali Baş Komandan İlam Əliyevin xalqa qələbə xəbəri verən müraciətini xalqımız böyük coşqu ilə, sevinc göz yaşları ilə qarşıladı. Bundan sonra digər rayon və kəndlərimizin də bir-bir azad olunması xəbəri xalqın yaralı ürəyinə səpilən su kimi sərinlik, toxtaqlıq gətirdi. Nəhayət, 8 noyabrda Şuşa şəhərinin azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsi olaraq salnamələrə daxil edildi. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri şəhərin ətrafındakı qayalıqları dırmaşaraq yüngül silah-sursatla Şuşaya daxil oldular. Bununla da müharibənin taleyi həll edilmiş oldu: döyüşdən iki gün sonra Ermənistan məğlubiyyətini qəbul etdi, Azərbaycan öz ərazi bütövlüyünə nail oldu.
    Məlumdur ki, Naxçıvan Ali Məclisinin 1991-ci ilin dekabrında qəbul etdiyi qanunla 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilmişdi. Bu həmrəylik bu qanun imzalandağı ilk illərdə azalsa da,heç vaxt tükənmədi, kəsilmədi. Ulu öndərin birlik və həmrəylik çağırışları “mən ona özüm qədər inanıram” dediyi cənab İlham Əliyevin hakimiyyət illərində daha da möhkəmləndi, sarsılmaz oldu. Bu birlik və həmrəylik sayəsində torpaqlarımız yağı düşməndən azad edildi. Hərb tarixində görünməmiş bir döyüş yolu keçdik və Böyük Zəfər qazandıq.
    Müdrik xalqımız bilir ki, bundan sonra da cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha böyük uğurlara imza atacaq, milli birliyimiz və həmrəyliyimizin sayəsində yeni-yeni Zəfərlərə nail olacağıq.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ