Sizin reklam burada
Sizin reklam burada
  • “7-ci Azərbaycan İnvaziv Kardiologiya Konfransı”nın açılış mərasimində

    17-19 Oktyabr tarixlərində Bakıda keçirilən “7-ci Azərbaycan İnvaziv Kardiologiya Konfransı”nın açılış mərasimində Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsinin Elmi-Tədris və Təlim Mərkəzinin sədri, tibb elmləri doktoru Rəşad Mahmudov iştirak etmişdir.

    O, çıxışında ölkəmizdə aparılan səhiyyə islahatları, xüsusən icbari tibbi sığortanın tətbiqinin yaratdığı yeni imkanlardan və ürək-damar xəstəlikləri ilə mübarizədə əldə edilən uğurlardan danışıb.
    Bu sahədə atılan addımların Cənab Prezident İlham Əliyev'in rəhbərliyi ilə həyata keçirilən dövlət səhiyyə siyasətinin davamı olduğunu vurğulayıb.

    Millət Vəkili bildirib ki, bu gün Azərbaycanda kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində insan resurslarının güclənməsi, rezidentura proqramının tətbiqi və gənc mütəxəssislərin beynəlxalq səviyyədə yetişdirilməsi sahəsində mühüm irəliləyişlər var. O, bu proseslərin ölkəmizdə tibbi xidmətin keyfiyyətini və davamlılığını təmin etdiyini qeyd edib.

    Çıxışının ikinci hissəsində Rəşad Mahmudov konfrans iştirakçılarına müraciət edərək tibb elminin gələcəyi ilə bağlı bəzi problemlərə toxunub. O qeyd edib ki, texnologiyanın və biliyin sürətlə artdığı müasir dövrdə #HəkimlikRuhu bəzən arxa plana keçir. Texnologiyanın gətirdiyi imkanlarla yanaşı, həkimin vicdanı və empatiyası da səhiyyənin əsas aparıcı qüvvəsi olaraq qalmalıdır. Əks halda, biz proseduru uğurla başa vursaq da, təbabətin ruhunu itirə bilərik.

    Sitat: “Bu gün biz daha çox bilirik, amma bəzən daha az anlayırıq. Daha çox müalicə edirik, amma daha az şəfa veririk. Texnologiya bizə sürət verdi, amma sanki bizdən düşüncə dərinliyini aldı.”

    Onun sözlərinə görə, tibbin əsas məqsədi yalnız prosedurları uğurla icra etmək deyil, insanı başa düşmək, ağrısını hiss etmək və şəfa vermək bacarığını qorumaqdır. Texnologiya insanı əvəz edə bilməz. O, yalnız həkimin ruhu və düşüncəsi ilə birləşdikdə mənalı olur.

    Sonunda konfransın işinə uğurlar arzulayıb.

    Ps: “7-ci Azərbaycan İnvaziv Kardiologiya Konfransı” Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə 17–19 oktyabr tarixlərində Bakıda keçirilir.
    Tədbirdə İtaliya, Türkiyə, Fransa, Almaniya və digər ölkələrdən tanınmış mütəxəssislər iştirak edir.

    Bəradər Səməndərli
    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ