Sizin reklam burada
Sizin reklam burada
  • Deputatlarımız İtaliyaya səfər edəcəklər

    Deputatlarımız İtaliyaya səfər edəcəklər Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa və İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli iyunun 18-də İtaliya Respublikasının Roma şəhərinə səfər edəcəklər.
    Millət vəkilləri “Ortaq gələcəyimiz naminə etimadın möhkəmləndirilməsi və ümidin təşviqi” adlı Dinlərarası Dialoq üzrə İkinci Parlamentlərarası Konfransda iştirak edəcəklər.
    Səfər iyunun 21-də başa çatacaq.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi
     

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ