Milli Məclisin deputatı Əminə Ağazadə iyunun 15-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfər edəcək.Deputat Aralıq Dənizi Ölkələri Parlament Assambleyasının “Qadınların inteqrasiyalı və əhatəli cəmiyyətlər üçün gücləndirilməsi: Körfəzdən Aralıq dənizinə” mövzusunda keçiriləcək Qadın Parlamentarilərin Forumunun ikinci sessiyasında iştirak edəcək. Tədbirdə deputatımızın çıxışı nəzərdə tutulur.
Səfər iyunun 19-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
