Bunu tədbirdə təmsil olunan deputat Müşfiq Məmmədli "atributinfo.az"a açıqlamasında deyib.
Tədbirin əsas məqsədi ilə bağlı danışan M. Məmmədli bildirib ki, burda prinsip etibarilə əsas məqsəd leykemiya xəstəliyindən əziyyət çəkən uşaqlara mənəvi və maddi dəstək göstərmək, onların müalicə prosesinə töhfə vermək və cəmiyyətin diqqətini bu həssas mövzuya yönəltmək olmuşdur:
"Sərgi-satış formatında təşkil edilən tədbir çərçivəsində məktəblilər və leykemiya ilə mübarizə aparan uşaqlar tərəfindən hazırlanan əl işləri və təsviri sənət nümunələri təqdim edilmiş, həmin məhsulların satışından əldə edilən vəsait birbaşa olaraq xəstələrin müalicə və sosial ehtiyaclarının qarşılanmasına yönəldilmişdir."
Deputat onu da əlavə edib ki, bu təşəbbüs sosial məsuliyyətin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır və sağlam cəmiyyət quruculuğunda dövlət-sivil cəmiyyət əməkdaşlığının bariz nümunəsidir:
Tədbirin təşkilində əməyi olan bütün tərəfdaşlara, habelə iştirak edib dəstək göstərən hər kəsə təşəkkürümüzü bildirir, bu kimi xeyirxah təşəbbüslərin gələcəkdə də davamlı olacağına ümid edirik."- Müşfiq Məmmədli deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
