Tədbirdə MDB GPA-da Milli Məclisin nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva iştirak edib. O, “Gənclərin sosial problemlərinin həlli - MDB-nin iştirakçısı olan dövlətlərin təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib, Azərbaycanda bu sahədə görülən işlər barədə məlumat verib.
Onlayn iclasda, həmçinin “MDB-yə üzv dövlətlərdə gənclərin iştirakı ilə nəqliyyat infrastrukturu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi”, “2025-ci ildə MDB-yə üzv dövlətlərin gənclərlə iş üzrə əsas layihələri”, “IX Sankt-Peterburq Beynəlxalq Gənclər Əmək Forumunun nəticələri” və digər mövzular üzrə məruzələr dinlənilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
