
-Hesabatdan göründüyü kimi 2024-cü ildə ali audit orqanı kimi səmərəli və çoxşaxəli fəaliyyət göstərən Hesablama Palatası bir çox yeniliklərə imza atmışdır. Büdcə xərcləmələrində şəffaflığın artırılması və dövlət təşkilatlarının effektiv fəaliyyət göstərməsi istiqamətində səmərəli təkliflərin irəli sürülməsində Hesablama Palatası fəaliyyətinin və keçirdiyi auditlərin önəmli olmasını qeyd etməliyik.
Xüsusən büdcə vəsaitlərinin klassik sərəncamçısı kimi Səhiyyə Nazirliyində və tabeli qurumlarda (buraya publik hüquqi şəxslər də daxildir) keçirilən auditlərdə cox praktik və gələcək risklərin qarşısının alınması istiqamətində irəli sürülən təkliflərin şahidi oluruq.
Səhiyyə islahatları kontekstindən yanaşdıqda yeni idarətmə modellərinin və icbari sığortanın tətbiq olunduğu TƏBİB və digər tabeli publik hüquqi şəxslər xüsusi olaraq diqqəti cəlb edir.
Son illərdə Sumqayıt Tibb Mərkəzi, Gəncə birləşmiş xəstəxanası və Kliniki Tibbi Mərkəzdə aparılan uygunluq auditi nəticəsində bir birini təkrarlayan, mahiyyətcə eynilik təşkil edən pozuntuların şahidi oluruq.
1. Çarpayı sayının eyni qalması və yaxud azalması fonunda ştat sayının kəskin artımı(10-15%). Ştat vahidlərində qeyri tibb personalının 35%-dən yuxarı həddə çatması.
2. Ştat cәdvәlinin vahid tarif-ixtisas kitabçasına uyğun olmaması,nәzәrdә tutulmayan vәzifәlәrin müәyyәn edilmәsi ilә dövlәt vәsaitinә әlavә tәlәbat yaradılması.
PHŞ-lərdə qarışıq və natamam iqtisadi idarəetmənin olması səbəbindən əsassız ödənişlərin olması. Müəssisələrdə iqtisadi hesabatlılığın gecikməsi səbəbindən əsas gəlir gətirən subyekt olan həkimlərə həvəsləndici əlavələrin 3-4 ay gecikməsi.
3. Dövlәt әmlakının uçotu vә istifadәsinin düzgün tәşkil edilmәmәsi bir sıra hallarda aktivlәrin әksik vә ya artıq gәlmәsi, dövlәt әmlakının sәmәrәli vә funksional fәaliyyәtә uyğun idarә olunmaması.
Xüsusən burada dövlət əmlakının icarəyə və ya autsorsinqə verilməsinə diqqət ayrılmalıdır.
4. Bəzi hallarda dövlət əmlakının icarəyə verilməsi zamanı dövlət-özəl tərəfdaşlığı haqqında qanuna istinad edilsə də,
bir daha hörmətli Milli Məclis üzvlərinin nəzərinə çatdırıram ki, dövlət-özəl tərəfdaşlıgı layihələri 30 mln AZN-dən yuxarı müqavilələr üçün nəzərdə tutulmuşdur.
5.Dövlət tibb müəssisələrinin ərazisi və əmlakının icarəyə verilməsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulmamışdır.
7. İcbari tibbi sıgorta vəsaitləridən dövlət tibb müəssisələrində və ya özəl müəssisələrdə istifadə zamanı iqtisadi cəhətdən əsaslandırılan və rəqabət məcəlləsinin müddəaları nəzərə alınan metodlardan istifadə olunmalıdır.
Əslində Hesablama Palatası tərəfindən uygunluq auditlərinin aparılması həm islahatların icrası prosesində mövcud risklərin aşkar edilməsini və şəfaflığın təmin edilməsində mühüm rol oynayır. Bu səmərəli fəaliyyətində palatanın kollektivinə uğurlar arzulayıram.
"Atributinfo.az"