Sizin reklam burada
Sizin reklam burada
  • Ülvi Quliyevdən Milli Məclisdə növbəti vətəndaş qəbulu

    Daim seçicilərinin yanında olan, onların qayğı və problemlərini fəaliyyətinin prioritet istiqaməti hesab edən 15 saylı Yasamal birinci seçki dairəsindən seçilən deputat Ülvi Quliyev bu gün Milli Məclisin inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.

    "Atributinfo.az" xəbər verir ki, qəbul zamanı əsasən sosial problemlərin həlli, məşğulluq və idman sahəsi ilə bağlı məsələlər ətrafında səsləndirilib. Vətəndaşlar tərəfindən səsləndirilən problemlərin qısa zamanda öz həllini tapması üçün bəzi məsələlər operativ olaraq həll edilib, həlli vaxt tələb edən məsələlərlə bağlı problemlər isə qeydiyyata alınaraq öz həllini tapması üçün aidiyyəti qurumlara müraciətlərin ediləcəyi deputat tərəfindən vətəndaşların nəzərinə çatdırılıb.

    Bəradər Səməndərli
    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ