Bunu məlum faciənin ildönümü ilə bağlı "atributinfo.az"a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Aqil Məmmədov deyib. O, 44 günlük Vətən Müharibəsində şəhidlərimizin qanının yerdə qalmadığını, düşmən üzərində tarixi qələbənin çalındığını dilə gətirib:
"Çox şükür olsun ki,
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində Azərbaycan Ordusu döyüş meydanında xalqımıza böyük Zəfər qazandıraraq, istər birinci Qarabağ, istərsə də ikinci Qarabağ döyüşlərində şəhid olan soydaşlarımızın qisasını aldılar. Bu gün digər rayonlarımız, kəndlərimiz kimi, Kəlbəcərin Başlıbel kəndində də azaddır. Başlıbellilər öz doğma kəndlərinə gedərək, orada şəhid olan əzizlərini ziyarət edə bilərlər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!"- Aqil Məmmədov deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
