Sizin rəhbərliyiniz, uzaqgörən siyasətiniz və qətiyyətiniz sayəsində 30 ilə yaxın işğalda olan torpaqlarımız azad edildi və xalqımızın ən böyük arzusu gerçəkləşdi. Bu tarixi zəfər yalnız və yalnız Sizin dərin strateji düşüncənizin, siyasi iradənizin, xalqa arxalanmağınızın və Azərbaycan Ordusuna göstərdiyiniz xüsusi qayğının, inamın nəticəsidir.
Siz hər zaman Azərbaycan xalqının əsl Sərkərdəsi kimi ön cərgədə yer aldınız, milli maraqlarımızı qorumaq yolunda yorulmaz fəaliyyətinizlə, danılmaz zəhmətinizlə hər birimizin qəlbində dərin hörmət və ehtiram qazandınız. Qarabağ torpaqlarında yenidən həyatın bərpa olunması, Böyük Qayıdış proqramının həyata keçirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması Sizin uzaqgörən siyasətinizin parlaq nümunələridir.
Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və Azərbaycanın daha da inkişafı naminə yeni uğurlar, bol enerji arzulayıram! Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası hər zaman qüdrətli, suveren, xalqı isə qürurlu qalacaq.
Dərin hörmət və minnətdarlıqla,
Məşhur Məmmədov,
Millət vəkili
