Sizin reklam burada
Sizin reklam burada
  • Bu gün Qarabağa Böyük Qayıdış proqramı uğurla həyata keçirilir

    Musa Süleymanov,
    iş adamı, Əməkdar mühəndis

    Xalqımız 30 il idi ki, bu tarixi anı səbirsizliklə gözləyirdi. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən təxribatlarına qarşı əks-hücum əməliyyatına start verdi. Otuz illik erməni işğalına 44 gün ərzində son qoyuldu. Baş verənlər Azərbaycan xalqı üçün tarixi, siyasi və həyati əhəmiyyət kəsb edirdi. Azərbaycan bütün təzyiqlərə baxmayaraq müharibəni lazımi həddə qədər davam etdirdi və Ermənistanı kapitulyasiya aktına imza atdırmağa məcbur etdi.
    24 mart 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk Qrupu 29 il ərzində məsələnin həllinə yox, dondurulmasına çalışırdı. Bu yanaşma illər ərzində sülh danışıqlarının nəticəsiz davam etməsinə səbəb oldu. Açıq şəkildə işğalçı ilə işğala məruz qalmış tərəf arasında fərq qoyulmadı. Beynəlxalq qətnamələr kağız üzərində qaldı. Halbuki Azərbaycan daim öz məsuliyyətini dərk edən ölkə kimi beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirdi, münaqişənin danışıqlar vasitəsilə həllinə çalışdı. Bunların nəticəsini görməyən Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə bu problemləri 44 gün ərzində həll etməyə nail oldu.
    4 il öncə müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Silahlı Qüvvələrimizin gücü, xalqımızın birliyi, iradə və əzmkarlığı bizə böyük qələbə bəxş etdi. Bu tarixi zəfərə, əldə etdiyimiz böyük qələbəmizə görə ilk növbədə Şəhidlərimizə, qazilərimizə, əsəgrlərimizə borcluyuq. 44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət hissinin təntənəsi oldu. Müharibə zamanı Azərbaycan Ordusu bir addım belə geri çəkilmədi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, “bu tarixi qələbə təkcə torpaqların geri qaytarılması deyil, ilk növbədə milli ləyaqətimizin bərpa olunması deməkdir”.
    Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, Şəhidlərimizin qanı və canı bahasına azad edildi.
    Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənis­tanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.
    Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
    Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin - Zəfər Gününün hər il noyabrın 8-də qeyd edilməsi ilə bağlı qərar verildi.
    Müharibənin ilk günündən başlayaraq Azərbaycan ordusu ancaq hücum mövqeyində oldu. Elə bir gün olmadı ki, Şanlı Ordumuz yeni kənd, yeni qəsəbə, rayon azad etməsin. Parlaq zəfərlə başa çatan müharibədən sonra Azərbaycan dövləti qələbənin eyforiyasından əziyyət çəkmədi. Tez bir zamanda Qarabağda quruculuq, təmir-bərpa işlərinə start verildi. Yeni yollar çəkildi, körpülər salındı, Zəngilanda Ağalı kəndi tikilərək sakinlərin istifadəsinə verildi. Bu gün Qarabağa Böyük Qayıdış proqramı ölkəmizin prioritet məsələlərindən olaraq daha geniş şəkildə həyata keçirilməkdədir.
    Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır. Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində şəhid olanların ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır. Dövlət öz əsgərin yanındadır. Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur. Hər kəs əmin ola bilər ki, dövlət öz əsgərin yanında olacaqdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışları, onun yaralı əsgərlərimizə, qazilərə göstərdiyi qayğı və diqqət bir daha göstərir ki, bu dövlət öz qazisini, şəhidinin əmanət qalmış ailəsini heç zaman unutmur.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ