“Bu gün - 20 noyabr tarixi Azərbaycan tarixində əlamətdar günlərdən biridir. Belə ki, 44 gün davam etmiş Azərbaycanın əsgər və zabitlərinin şanlı döyüş yolu təcavüzkar dövləti və onun havadarlarını, erməni diasporunu rəzil duruma saldı. Azərbaycan Ordusunun ayaqları altında məhv edilmiş işğalçı ordusunun tör-töküntülərini xilas etmək üçün Ermənistanın kapitulyasiya aktına imza atmaqdan başqa yolu qalmadı. Bununla da düşmən həm döyüş meydanında, həm də diplomatiya masasında məğlub olaraq Ağdamı, Laçını, Kəlbəcəri bir güllə atılmadan Azərbaycana qaytarmağa məcbur edildi. Noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi. Bu, Ali Baş Komandan və qətiyyətli Lider prinsipiallığının, qətiyyətinin təntənəsi idi. Sözsüz ki, Cəbrayılı, Hadrutu, Füzulini, Şuşanı böyük qəhrəmanlıqlar göstərərək azad edən Ordumuz həmin rayonları da azad edəcəkdi. Amma biz heç bir itki vermədən, döyüşsüz, qansız həmin rayonları işğaldan qurtardıq”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, azad edildikdən sonra Ağdamda erməni vəhşiliyinin əsl üzü göründü: “İnanılası deyildi, çünki burada törədilənlər insanlıqla bir araya gəlmirdi. Həm şəhərdən, həm də rayonun kəndlərindən əsər-əlamət qalmamışdı. Hətta Ağdama gələn xarici və yerli jurnalistlər buranı Qafqazın Xirosiması adlandırırdılar. Ümumiyyətlə, Ermənistan beynəlxalq hüquq anlayışını qəbul etmir. Bəlkə də, dünyada Ermənistan qədər beynəlxalq hüququ ayaqlar altına atan ikinci bir dövlət yoxdur. Məsələn, bu dövlət Cenevrə Konvensiyaları ilə üzərinə düşən bütün öhdəlikləri kobud şəkildə pozaraq Ağdamda coğrafi adları belə dəyişdirmişdi, mülkiyyəti tamamilə talan etmişdi. Mən hesab edirəm ki, bu mənzərəni gördükdən sonra hansısa dövlətin qalxıb Ermənistanı müdafiə etməyə çalışması bilavasitə rəzillikdir. Artıq bu gün Ağdamda vəziyyət başqadır, 2021-ci il mayın 28-də Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında rayonu yenidən qurulur. İnanırıq yaxın zamanlarda rayonun əvvəlki görkəmi özünə qaytarılacaq və ölkəmizin ən inkişaf etmiş ərazilərindən biri olacaq”.
“Həmçinin mən bir neçə gün öncə ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilən dinləmələrə toxunmaq istərdim. Adından görünür ki, bu addım birbaşa təxribatdır, özünü böyük dövlət kimi dünyaya sırıyan ABŞ-yə yaraşmır. Çünki ABŞ dünyada haqqın, ədalətin, demokratiyanın carçısı kimi özünü aparır, əslində bu anlayışları əlində silah etməklə riyakarlıqla məşğuldur. Hamıya məlumdur ki, Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində həll olub, “Dağlıq Qarabağ” anlayışı isə, ümumiyyətlə, mövcud deyil. Nümayəndələr Palatasının üzvləri yığılıb nədən danışıblar, boş yerə zaman xərcləyərək nəyi müzakirə ediblər məlum deyil. Bunlar Azərbaycanın daxili işlərinə burunlarını soxmaqla nə etmək istəyirlər!? Bəlkə də, regiondan uzaqda yerləşdikləri üçün burada baş verən hadisələr onlara hələ gedib çatmayıb. Bilmirlər ki, Ermənistan hakimiyyətinin özü belə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Odur ki, siz nədən danışırsınız!?”, - Milli Məclisin deputatı bildirib.
“Konqresin üzvlərinə demək istərdik ki, problemləriniz saymaqla qurtaran deyil. Ölkənizin dövlət borcu hər keçən gün durmadan artır, irqi ayrı-seçkilik baş alıb gedir, polis zorakılığı yerə-göyə sığmır, kriminal durum kəskin hal alıb və s. Mənasız müzakirələrə vaxt sərf etməkdənsə, gedin özünüzün daxili işlərinizlə məşğul olun. Qarabağ problemini Azərbaycan özü həll edib, ATƏT-nin Minsk qrupunun həmsədrləri olaraq nə Fransa, nə də ABŞ bunu bacardı. İndi nədən narahatsınız? Nə qədər gülməli olsa da, dinləmələr zamanı çıxış edənlər səsləndiriblər ki, ABŞ Azərbaycana yardım etməyəcək. Sual edirəm, məgər Azərbaycan Ermənistandır ki, hansısa dövlətin yardımı ilə yaşasın? Pandemiya dövrünü xatırlayın, Azərbaycan özü yardıma ehtiyacı olanla kömək edirdi”, - Səttar Möhbalıyev vurğulayıb.
AHİK sədri əlavə edib ki, Azərbaycan xalqına Qərbin ikiüzlü və riyakar siyasəti çoxdan məlumdur: “Fransanın Afrikada törətdikləri dünya tarixinin qara ləkələridir. Həmçinin Suriyada, İraqda, Liviyada, Əfqanıstanda yaşanmış və hazırda baş verən qanlı hadisələrin ssenari müəllifinin Qərb olduğu heç kimdə şübhə doğurmur. Eləcə də Şərqi Avropada, Yaxın və Orta Şərqdə hazırda davam edən müharibələr onların fitvasından doğub. Ona görə də özünüzü mələk kimi aparmayın. Sizin qərəzli, təxribat xarakterli addımlarınızın, hiylə dolu siyasətinizin Azərbaycana heç bir təsiri olmayacaq”.