Sizin reklam burada
Sizin reklam burada
  • LDU-da gender bərabərliyinə həsr olunmuş seminar keçirilib

    Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tədbirlər planına uyğun olaraq, “Fərqli səslər, bərabər addımlar, balanslı cəmiyyət” mövzusunda maarifləndirici seminar keçirilib.


    Seminarı giriş sözü ilə LDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Ramiz Şəmmədov açaraq gender bərabərliyinin, insan hüquqlarının qorunmasının və sosial ədalətin təmin olunmasının əhəmiyyətini vurğulayıb.


    Daha sonra Fizika, kimya və biologiya kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Vidadi Orucov gender bərabərliyinin mahiyyəti, qadın hüquqlarının tarixi inkişafı, Azərbaycandakı hüquqi əsasları və müasir cəmiyyətdə qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.


    Seminar tələbələrin çıxışları, sualların cavablandırılması və fikir mübadiləsi ilə davam edib. Çıxışlarda bərabər imkanların yaradılması, gender stereotiplərinin aradan qaldırılması və gənclərin maarifləndirilməsinin vacibliyi qeyd olunub.


    Tədbirin məqsədi tələbələrin gender bərabərliyi barədə biliklərini artırmaq, insan hüquqlarına hörmət və sosial məsuliyyət hissini gücləndirmək olub.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ