Sizin reklam burada
Sizin reklam burada
  • Vahid məktəbli forması: Dünyəvi təhsil mühiti və beynəlxalq təcrübə


    Kamal Cəfərov, 

    nillət vəkili


    Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində vahid geyim formasının tətbiqi ilə bağlı son qanunvericilik dəyişiklikləri təhsil mühitinin nizamlı və inkluziv şəkildə təşkilinə xidmət edir. 2026-cı ilin iyul ayında “Ümumi təhsil haqqında” Qanuna edilən dəyişikliklər və Nazirlər Kabinetinin müvafiq qərarı “millilik və dünyəvilik” prinsipini əsas götürərək, məktəblərdə həm şagirdlər, həm də müəllimlər üçün vahid geyim standartlarını müəyyənləşdirib.


    Əslində, bu yanaşma təkcə Azərbaycana xas deyil və bir sıra türk dövlətlərində uzun illərdir uğurla tətbiq olunur. Qırğızıstanda 2015-ci, Qazaxıstanda 2016-cı, Özbəkistanda 2018-ci, Türkmənistanda isə 2019-cu ildən etibarən məcburi məktəbli forması və təhsilin dünyəvi xarakterini qoruyan hüquqi normalar qüvvədədir. Həmin ölkələrdə bu qaydalar təhsildə bərabərliyin təminatı kimi qəbul edilir. Yəni bizim yanaşmamız beynəlxalq təcrübə ilə də səsləşir. 


    Dünyəvi məktəb modeli bütün şagirdlərin bərabər hüquqlara malik olduğu, heç bir sosial və ya dini qrupun fərqləndirilmədiyi neytral təhsil məkanıdır. Bu yanaşmanın məntiqi aydındır: məktəb uşaqların dini və ya ideoloji mənsubiyyətlərini nümayiş etdirdiyi rəqabət meydanı yox, onların bilik aldığı və vətəndaş kimi formalaşdığı ümumi məkan olmalıdır.


    Azərbaycan tarixən müxtəlif dini və etnik icmaların harmoniya içində yaşadığı multikultural cəmiyyət modelini formalaşdırıb. Belə bir mühitdə dövlət məktəblərinin neytral statusunun qorunması cəmiyyətdəki qarşılıqlı hörmətin və bərabərliyin təməlidir. 


    Buna görə də, vahid məktəbli forması tələbi siyasi müzakirə predmeti olmamalıdır, çünki bu ölkənin dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq təcrübəyə əsaslanan atdığı rasional hüquqi addımdır.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ