![]()
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Region Kuboku turnirinin qrup mərhələsinin üç oyununa təyinat alıb.
Bu barədə AFFA-dan məlumat verilib.
O, oktyabrın 15-dən 21-dək Sloveniyada təşkil olunacaq miniturnirin 2-ci qrup oyunlarında hakim-inspektor kimi fəaliyyət göstərəcək.
