Sizin reklam burada
Sizin reklam burada
  • Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

    Yanvar-iyun ayları ərzində sığorta sektorunun zərərlilik dərəcəsi 4 faiz bəndi artıb.

      2025-ci ilin müvafiq dövrünə nəzərən sığorta sektorunun zərərlilik dərəcəsi 4 faiz bəndi artaraq 89 faiz olub.

    Yüksək bazar payına sahib bir neçə sığorta siniflərində zərərlilik dərəcəsinin artması sığorta sektorunun zərərlilik dərəcəsinin artmasına təsir edib. Belə ki, bazar payı 28 faiz olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərər əmsalı 7 faiz bəndi artaraq 87 faiz, xərc əmsalı 1 faiz bəndi azalaraq 28 faiz, yekun zərərlilik dərəcəsi isə 6 faiz bəndi artaraq 115 faiz, bazar payı 12 faiz olan avtonəqliyyat vasitələrinin sığortası üzrə zərər əmsalı 7 faiz bəndi artaraq 55 faiz, xərc əmsalı 5 faiz bəndi azalaraq 32 faiz, yekun zərərlilik dərəcəsi isə 2 faiz bəndi artaraq 87 faiz olub.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ