Sizin reklam burada
Sizin reklam burada
  • Deputat: "Aidiyyatı qurumların bu məsələyə fərqli şəkildə yanaşmasına ehtiyac var"

    "Həmkarlarımın qaldırmış olduqları fikirlərə tam qatılıram və düşünürəm ki, beynəlxalq müstəvidə hüququn və ədalətin kor, kar və lal olduğu zamanda vətəndaş cəmiyyətinin və ictimai fəalların Xankəndi yolundakı dinc aksiyası dəstəklənməlidir. Həttda təklif edərdim ki, millət vəkillərinin də vətəndaş cəmiyyətinin bu həmrəy addımına uyğun bir şəkildə onlara dəstək verərək yanlarında olması üçün məncə bu aksiyaya qoşulmaları, bu aksiyanın əlamətdarlığını və dünyaya mesajın daha doğru şəkildə verilməsinə düşünürəm ki, dəstəkçi olacaq."
    Bu fikirləri Milli Məclisin bu gün-dekabrın 16-da keçirilən plenar iclasında cari məsələlərlə bağlı çıxış edərkən millət vəkili Rəşad Mahmudov səsləndirdi. O, eyni zamanda başqa mövzunu da dilə gətirmək istədiyini bildirdi: " Bildiyiniz kimi, ölkədə bütün dünyadakı mövcud iqtisadi-siyasi problemlərə baxmayaraq, islahatlar davam edir. Ən azından ölkədə başlayan sosial layihələr olduğu kimi davam eləməklə birlikdə inkişafa doğru gedir və sosial layihələr içərisində ən vaciblərindən biri də səhiyyə islahatlarıdı. Səhiyyə islahatları içərisində icbari tibbi sığortanın başlanması bunun yanında əlbətdə ki, maddi texniki baza ilə birlikdə insan resurslarının nə qədər vacib olduğunu gün keçdikcə bizə bir daha çox hiss elətdirir. Bir reallığı qəbul etməmiz lazımdır tibb fakültəsində yüksək balla qəbul olunmuş insanların rezidentura proqramına girdikdən sonra xarici ölkələrə daha çox üz tutmaları əslində gələcəkdə ölkəmizdə lazım olan insan kapitalı üçün təhlükə yaradır. Bəzi insanlar bunun çox gözəl bir hadisə olduğunu düşünürlər. Amma əslində dünyada bu günkü iqtisadi reallıqda ölkələr öz insan kapitalının qorunması üçün buna heç də belə baxmır. Burada əsas vacib məsələlərdən biri də rezidenturaya qəbul olunmuş həkimlərin yüksək balla universiteti bitirərək başqalarından fərqini ortaya qoyduqdan sonra rezidenturaya qəbul olunmayan insanların dövlət poliklinikalarında maaşı 1000-1500 manatdan daha çox ikən, amma rezidenturaya qəbul olunmuş insanların 5 il müddətində 27 yaşına qədər ailə vəziyyətini də nəzərə aldığımız zaman 300 manata yaxın maaşla həyatını davam elətdirməsi əlbətdə ki, insan kapitalına məncə yanaşmada real problemlər yaradır. İnsan kapitalı dediyimiz zaman, insanın cəmiyyətdə özünü tam relizə etmək və cəmiyyətin imkanlarından istifadə etmək üçün həmin insanın biliyinin, bacarığının, peşəkarlığının cəmi deməkdir və əvvəllər insan kapitalı dedilkdə daha çox dövlətlərin investisiyası nəzərə alınırdısa, bu gün insan kapitalı dedikdə, hadisəyə effektiv iqtisadi baxış daha çox gündəmə gəlir. Ona görə də mən düşünürəm ki, Nazirlər Kabineti tərəfindən 2013-cü ildə ortaya qoyulmuş rezidentura ilə əlaqədar olan hüquqi normativ sənədə yenidən baxılması və aidiyyatı qurumların bu məsələyə fərqli şəkildə yanaşmasına ehtiyac var."-deputat vurğuladı.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ