Sizin reklam burada
Sizin reklam burada
  • Avropa Parlamentinin nümayəndəsi ilə görüşdə

    Avropa Parlamentinin nümayəndəsi ilə görüşdəİyunun 10-da Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsininhəmsədri Tural GəncəliyevAvropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin sədr müavini AndrisAmeriks ilə görüşüblər.
    Qonağı salamlayan komitə sədri Səməd SeyidovAzərbaycanın Avropa İttifaqı (Aİ) ilə əlaqələrindən söz açıb, bu münasibətlərin hər iki tərəfin maraqları əsasında qurulduğunu və qarşılıqlı etimada söykəndiyini qeyd edib. O,Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti ŞarlMişelin bu münasibətlərə böyük önəm verdiklərinidiqqətə çatdırıb. Aİ ölkələri ilə ticarət əlaqələrindən danışan komitə sədriAzərbaycanın xarici ticarət dövriyyəsinin böyük hissəsinin Aİ üzvü olan ölkələrin payına düşdüyünüvurğulayıb.
    Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin sədr müavini AndrisAmeriks Azərbaycana bundan əvvəlki səfərini xatırlayıb,ölkəmizdə sürətli inkişafın şahidi olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın dayanıqlı xarici siyasəti, Avropanın enerji təhlükəsizliyində iştirakı, Avropa üçün etibarlı tərəfdaş olması ilə bağlı fikirlərini bölüşüb.
    Söhbət zamanı Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov Azərbaycanla Aİ arasında yeni ikitərəfli sazişin hazırlığı barədə məlumat verib.
    Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasıprosesi, regionda sülhün möhkəmləndirilməsi və qarşılıqlı iqtisadi əməkdaşlığın inkişafı, AzərbaycanlaAİ arasında yeni sazişin bağlanması istiqamətində görülən işlər, Azərbaycan və Aİarasında münasibətlərin inkişafı perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə müzakirələr aparılıb.
    Avropa Parlamentinin nümayəndəsi ilə görüşdəAvropa Parlamentinin nümayəndəsi ilə görüşdə
    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ