Cari ilin 9-10 iyuntarixlərində MDB Gənclər Parlamentlərarası Forumu və MDB Gənclər ParlamentlərarasıAssambleyasının 18-ci iclası keçiriləcək. Milli Məclisin deputatı Emin Hacıyev tədbirlərdə iştirak etmək üçün iyunun 7-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək. Deputatlar Nigar Arpadarai və Könül Nurullayeva toplantılara onlayn formatda qoşulacaqlar.“Gənc parlamentarilər – MDB-nin gələcəyinə baxış” mövzusunda keçiriləcək MDB Gənclər Parlamentlərarası ForumaMilli Məclisin üzvü Emin Hacıyev sədrlik edəcək. Forum MDB ParlamentlərarasıAssambleyasının 30 illiyi və MDB Gənclər ParlamentlərarasıAssambleyasının 10 illiyinə həsr olunub.
Tədbirdə Milli Məclisin sədri Sahibə QafarovanınMDB Gənclər Parlamentlərarası Forumunun iştirakçılarınaünvanladığısalamlama nitqisəsləndiriləcək.
Forum çərçivəsində təşkil olunmuş dəyirmi masalarda MDB-də gənclər parlamentarizmi: gənclər parlament strukturlarının təcrübəsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, Gənclərin ictimai diplomatiyası: regionlararası əməkdaşlıq və MDB ölkələrinin ortaq maraqları mövzularında məruzələr dinləniləcək. Burada deputatımız Nigar Arpadarai Gənclər siyasəti və gənclərin hüquqlarının və maraqlarının təmin edilməsi sahəsində qanunvericiliyin aktual istiqamətləri mövzusunda çıxış edəcək.
Deputat Emin Hacıyevinkoordinatoru olduğu MDB Gənclər ParlamentlərarasıAssambleyasının iclasında MDB-yə üzv ölkələrdə “Mənim nəsil şəcərəm” müsabiqəsinin keçirilməsi, dövlət gənclər siyasəti məsələlərinə dair milli qanunvericiliyin təkmilləşdirilməsi və uyğunlaşdırılması üzrə tövsiyələrin hazırlanması, bir sıra digər məsələlərlə bağlımüzakirələr aparılacaq. Milli Məclisin üzvü Könül Nurullayeva tədbirdə mədəni irsin qorunması və xalq yaradıcılığının inkişafında gənclərin rolu mövzusundafikirlərini açıqlayacaq.
Səfər iyunun 11-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
