Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Parlamentini Xocalı soyqırımını tanımağa çağırıb

    Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Parlamentini Xocalı soyqırımını tanımağa çağırıb Milli Məclisin sədri Sahibə Qafarova rəsmi səfəri çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə və Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinlə görüşlərində bu ölkənin parlamentini Xocalı soyqırımını tanımağa çağırıb.
    Milli Məclisin sədri qarşıdan 30-cu ildönümü gələn Xocalı soyqırımı barədə həmkarına ətraflı məlumat verib və diqqətə çatdırıb ki, bəzi beynəlxalq təşkilatlar və dünyanın bir çox ölkələrinin parlamentləri bu faciəni soyqırım kimi tanıyıblar. Spiker deyib ki, Qazaxıstan parlamentinin də insanlığa qarşı böyük cinayət olan bu faciəyə öz münasibətini bildirməsi yaxşı olardı.
    Görüşlərdə Milli Məclisin sədri həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfər qazanaraq torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyduğunu deyib, azad edilmiş Azərbaycan ərazilərində işğal dövründə Ermənistan tərəfindən tamamilə dağıdılmış şəhərlərin, kəndlərin bərpasından və həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrindən bəhs edib.
    Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova səfər çərçivəsində Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşımbayevlə görüşündə də Xocalı soyqırımı ilə bağlı məsələni vurğulayıb və qarşı tərəfdən müvafiq addım atılmasının arzuolunan olduğunu bildirib.
    *** Председатель Милли Меджлиса Сагиба Гафарова призвала парламент Казахстана признать Ходжалинский геноцид
    Находящаяся в Казахстане с официальным визитом председатель Милли Меджлиса Сагиба Гафарова во время бесед с президентом Казахстана Касым-Жомартом Токаевым и председателем Мажилиса парламента Казахстана Нурланом Нигматулиным призвала казахский парламент признать Ходжалинский геноцид.
    Председатель Милли Меджлиса всесторонне информировала своего коллегу о Ходжалинском геноциде, со времени совершения которого вскоре исполнится 30 лет. Некоторые международные организации и парламенты многих стран уже признали эту трагедию геноцидом, заметила г-жа Спикер, добавив, что и парламенту Казахстана пристало выразить своё отношение к этому тяжкому преступлению против человечности.
    На встречах председатель Милли Меджлиса также говорила о прекращении тридцатилетней армянской оккупации азербайджанских земель в результате победы, одержанной нашим государством в 44-дневной Отечественной войне, о восстановлении полностью разрушенных Арменией за время оккупации городов и сёл на этих землях и о широкомасштабных инфраструктурных проектах.
    Следует сказать, что председатель Милли Меджлиса Сагиба Гафарова на встрече с председателем Сената парламента Казахстана Мауленом Ашымбаевым тоже выделила тему Ходжалинского геноцида и выразила надежду на то, что встречная сторона сделает соответствующие шаги в этой связи.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ