"Azərbaycan Prezidenti İlham Əliyevin istər Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı, istərsə də CNN-ə verdiyi müsahibədə Ermənistan və onun havadarlarına ciddi mesaj ünvanlayaraq bəyan etdi ki, işğaldan azad edilmiş torpaqlar heç zaman erməni torpağı olmayıb və bundan sonra da olmayacaq. Qəhrəman Azərbaycan ordusu Müzaffər Ali Baş Komandanın rəhbərliyi altında Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad edərək, tarixi ədaləti bərpa etdi. Artıq əzəli-əbədi torpaq sahibləri öz torpaqlarına sahiblənib və bir daha kimsəyə baş qaldırıb, belə bir niyyətdə bulunmasına izin verilməyəcək. Onun başı “dəmir yumruq”la yerindəcə əziləcək və darmadağın ediləcək”.
Bunu millət vəkili İltizam Yusifov deyib.
Onun sözlərinə görə, ölkə başçısının işğaldan azad olan bölgələrə davamlı səfərləri, orada sürətlə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və infrastruktur layihələrini həyata keçirməklə Azərbaycanın bölgədə müharibənin geridə qaldığını və dayanıqlı sülhə, sıx inteqrasiya olunmuş əməkdaşlığa ehtiyac olduğunu öz əməli fəaliyyəti ilə sübut edir.
“Cənab Prezident gündəlik fəaliyyətində bölgədə dayanıqlı sülhün və regional əməkdaşlığın yaradılmasını ortaya qoyur. Amma təəssüflər olsun ki, həm Ermənistan, həm də onların havadarları dayanıqlı sülhün bərqərar olmasında və əməkdaşlıqda maraqlı görünmürlər. Əksinə, bəzi hallarda bölgədə yenidən revanşizmin baş qaldırmasına cəhd edirlər. Bu isə yol verilməz haldır. Ölkə başçısının dediyi kimi bu bir daha sübut edir ki, vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. Ermənilər və onların havadarları artıq bir məsələni birdəfəlik anlamalıdırlar ki, Ermənistanın istənilən revanşist cəhdi uğursuzluğa düçar olacaq. Bundan itirən ancaq və ancaq ermənilər olacaq. Zaman artıq ermənilərin və Ermənistanın ziyanına işləyir”,- deputat qeyd edib.
Deputat əlavə edib ki, nə qədər gec deyil ermənilər Azərbaycanfobiya, türkfobiyadan əl çəkib reallığın onlara diktə etdiyi vəziyyətə uyğun olaraq Azərbaycan dövlət başçısının dediyi kimi bacardıqca tez zamanda sülh sazişi imzalasın: “Revanşizm və silahlanma ermənilərə necə ki, 30 ildə bir fayda vermədi və nəticədə hamısı darmadağın edildi, bundan sonra isə ümumən belə cəhdlərə imkan verilməyəcək. Ermənistanın üzləşdiyi vəziyyətdən yeganı çıxış yolu sülh müqaviləsi imzalanmasıdır. Ermənistan və Azərbaycan bir-birlərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası, yəni müəyyən edilməsi prosesi də başlasın. Ermənistanın bu istiqamətdə addım atmaması isə onu göstərir ki, ya buna hazır deyil, ya da bunun əleyhinədir. Bir daha qeyd edirəm ki, vaxt itkisindən itirən onlar olacaq. Azərbaycan prezidenti də bəyan edib ki, sülh sazişi, kommunikasiyaların açılması, əməkdaşlıqla bağlı təkliflər əbədi olaraq masa üzərində saxlanılmayacaq. Azərbaycan hələ ki bu məsələdə təmkinli mövqe sərgiləyir.
Əgər Ermənistan sülh sazişinə razılıq verəcəksə, bölgəyə uzunmüddətli sülh gələcək. Azərbaycanın bununla bağlı konkret təklifləri də masa üzərindədir. Bunlar yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası və sair. Bütün bu təkliflər, o cümlədən Zəngəzur dəhlizi də Ermənistanın da maraqlarına cavab verir və maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya, həm də dünyanın digər ölkələri ilə dayanqılı və davamlı qaydada əlaqə yaratmaq imkanları əldə edəcəklər. Hansı ki, Ermənistanın bu günü kimi belə geniş əlaqə imkanı yoxdur. Yəni Ermənistan üçün yeni fürsətlər yaradacaq. Bu təkcə Ermənistan üçün deyil, bölgə ölkələri üçün də yeni fürsət yaradacaq. Yəni Zəngəzur dəhlizinin yaradılması Qərbdən Şərqə və əksinə yüklərin daşınmadsına imkan verdiyindən bu, Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevrilə bilər. Artıq Avropa İttifaqı bu məsələyə də çox müsbət yanaşır və layihəni çox dəstəkləyirlər”.
Ermənistanın yenidən silahlanması, Rusiyadan silah alınmasına və bununla da bölgədə gərginlik yaratması ilə bağlı məsələni şərh edən deputat bildirib ki, ölkə başçısı da bununla bağlı sərt formada mövqeyini ortaya qoyub və bu mövqeyini də dünya birliyinə açıq şəkildə çatdırıb: “Cənab Prezidenti Ermənistanın silahlandırılmasını müharibəyə hazırlıq kimi dəyərləndirib və Azərbayanın da qabaqlayıcı tədbirlər görəcəyini bəyan edib: “Əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır” - cənab Prezident bəyan edib. Ona görə də 44 günlük Qurtuluş savaşı ermənilərə dərs olmalı və sülh, mehriban qonşuluq şəraitində yaşamaq istəyirlərsə, o zaman ağıllarını başına toplayıb, Azərbaycanla sülh sazişi imzalamalıdır. Azərbaycan müharibə istəmir və belə cəhdlərin də qarşısı həmən alınacaq. Çünki Azərbaycan tarixi missiyasını yerinə yetirərək ərazi bütövlüyünü təmin edib. Hazırda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yollarını azmış Azərbaycan vətəndaşları hesab etdiyimiz ermənilər yaşayır. Ümid edirik ki, onlar da tutduqlaır səhv yoldan dönüb Azərbaycan qanunlarına tabe olaraq cəmiyyətə inteqrasiya olunacaqlar. Onlar da Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkə olduğundan, ermənilər də digər xalqların, dinlərin nümayəndələri kimi bütün hüquqlardan istifadə edəcəklər. Onu da qeyd edim ki, bu gün Bakıda və Azərbaycanın digər bölgələrində də erməni millətindən olan insanlar yaşayır və kimsə onlara gözün üstə qaşın var deyən də yoxdur.
Rusiyanın Ermənistan ordusunu moderləşdirib, silahlandırması ilə bağlı açıqlamaları isə bu ölkənin 10 noyabr 2020-ci ildə imzalanan bəyanatın ruhuna tamamilə ziddiyət təşkil edir. Rusiya üçtərəfli bəyanatın tələblərinə görə, bölgədə sülhü təmin etməkdə məsuldur, daha vəziyyəti yenidən gərginləşdirməkdə yox. Ona görə də Rusiya bölgədə gərginliyin davam etməsində yox, tez bir zamanda dayanıqlı sülhün yaradılması istiqamətində konkret addımlar atmalıdır. Cənubi Qafqazda dayanıqlı sülh həm də Rusiyanın marağına xidmət edir. Onu da qeyd etmək yerinə düşər ki, Rusiyanın 30 il müddətində Ermənistan verdiyi silahlar qısa zamanda məhv edildi və onların bir qismi də Bakıdakı Qənimətlər Parkında nümayiş etdirilir. Ermənistana verəcəyi yeni silahların da Qənimətlər Parkında nümayiş etdirmək üçün də yer var. Amma hesab edirik ki, Rusiyada üzərinə düşən məsuliyyəti dərk edib, bölgədə sülh və əməkdaşlığın yaradılması istiqamətində real addımlar atacaq. Moskvanı Cənubi Qafqazda sülhü bərqərara etməsi. Rusiyanın beynəlxalq aləmdəki nüfuzunun möhkəmlənməsinə və ona olan inamın artmasına xidmət edər”.
Mürtəza
QEYD: Bu material MEDİA Agentliyinin maliyyə yardımı əsasında "Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər" mövzusu ilə əlaqədar dərc olunub.