Sizin reklam burada
Sizin reklam burada
  • Akademik Nailə Vəlixanlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb - Академик Наиля Велиханлы направила обращение вмеждународные организации

    Akademik Nailə Vəlixanlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb  - Академик Наиля Велиханлы направила обращение вмеждународные организации Akademik Nailə Vəlixanlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

    AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı beynəlxalq təşkilatlara, Avropa ölkələrinin mədəniyyət nazirliklərinə, dünyanın aparıcı universitetlərinə müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri növbəti təxribata əl ataraq Azərbaycanın yaşayış məntəqələrini, həmçinin ordumuzun mövqelərini intensiv atəşə məruz qoydular. Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində erməni təxribatının qarşısı alınmış, otuz ilə yaxın işğal altında qalan Azərbaycan əraziləri azad olunmuşdur. Akademik N.Vəlixanlı qeyd etmişdir ki, işğal dövründə Azərbaycan xalqının irsi olan bir çox tarixi-mədəni abidələr erməni vandalizminin qurbanına çevrilmişdir. Ermənilər müsəlmanlara məxsus dini abidələri dağıtmış, təhqir etmiş, bir çoxunu mal-qara saxlamaq üçün istifadə etmiş, azərbaycanlıların qəbiristanlıqlarını dağıntılara məruz qoymuşlar. Bununla yanaşı, son vaxtlar Azərbaycanın xristian memarlığının dəyərli abidələrindən sayılan alban monastır və kilsələrinin erməni dini abidələri kimi dünyaya təqdim edilməsi cəhdləri artmışdır.
    Müraciətdə bildirilir ki, Azərbaycan xalqının çoxəsrlik tarixi keçmişindən yadigar qalmış abidələrin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən problemdir. Məhz buna görə, Azərbaycan xalqı bəşəri dəyəri olan, müxtəlif xalq və konfessiyalara məxsus mədəni abidələri həmişə qoruyub və bundan sonra da qoruyacaq.

    Академик Наиля Велиханлы направила обращение вмеждународные организации

    Директор Национального музея истории Азербайджана НАНА, академик Наиля Велиханлы направила обращение в международные организации, министерства культуры европейских стран, ведущие мировые университеты. В обращении говорится, что 27 сентября 2020 г. вооруженные силы Армении вновь прибегли к провокации и подвергли интенсивному обстрелу населенные пункты Азербайджана, а также позиции нашей армии. В результате контрнаступательной операции Вооруженных Сил Азербайджана армянская провокация была предотвращена и азербайджанские земли, находившиеся около тридцати лет под оккупацией, были освобождены.Академик Н.Велиханлы отметила, что за время оккупации многие культурно-исторические памятники, относящиеся к наследию азербайджанского народа, стали жертвами армянского вандализма. Армяне разрушили, осквернили мусульманские религиозные памятники, использовали многие из них для содержания скота, разрушили азербайджанские кладбища.Наряду с этим в последнее время усилились попытки выдать за армянские религиозные памятники шедевры христианской архитектуры Азербайджана – албанские монастыри и церкви.
    В обращении подчеркивается, что охрана памятников многовековой истории азербайджанского народа является проблемой международного значения. Именно поэтому азербайджанский народ всегда охранял и впредь будет бережно охранять памятники культуры, принадлежащие различным народам и конфессиям.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ