Sizin reklam burada
Sizin reklam burada
  • 12 noyabr - Azərbaycanda Konstitusiya günüdür

    12 noyabr - Azərbaycanda Konstitusiya günüdür Nəsib Məhəməliyev, millət vəkili

    Ölkəmizdə hər il qeyd olunan Konstitusiya günü, bu il torpaqlarımızın işğaldan azad olunduğu tarixi qələbə ilə üst-üstə düşür. Deməli, Konstitusiyamız uzun illər yad qanunların hökmranlıq etdiyi rayon və şəhərlərimizdə də işləyəcəkdir. Bu baxımdan bu ilki bayramın əhəmiyyəti xüsusidir.
    Müstəqil Azərbaycanın ilk əsas qanunu olan Konstitusiya, 1995-ci ildə xalqımızın ümummilli Lideri Heydər Əliyevin bilavasitə rəhbərliyi və müəllifliyi ilə işlənib hazırlanmış, ümumxalq səsverməsi yolu ilə qəbul edilmişdir.
    1921, 1925, 1927, 1937 və 1978-ci illərdə qəbul olunmuş Konstitusiya qanunları Sovet dövrünə təsadüf etdiyi üçün, mərkəzi Konstitusiyaya uyğunlaşdırılmışdı. Təbii olaraq, insan hüquq və azadlıqların qorunmasına, hakimiyyət quruluşuna, idarəetmə sisteminə, mülkiyət formasına, ideoloji xüsusiyyətlərinə, beynəlxalq hüququn norma və prinsiplərinə münasibətə görə müstəqil Konstitusiyamız əvvəlkilərdən köklü şəkildə fərqlənir. Azərbaycan dövlətinin strateji inkişaf istiqamətlərini müəyyənləşdirir.
    Qəbul olunduğu andan 2002, 2009 və 2016-cı illərdə Konstitusiyanın ayrı-ayrı maddələrinə əlavə və dəyişikliklər barədə ümumxalq səsverməsi (referendum) keçirilmişdir. Təklif olunan dəyişikliklər xalq tərəfindən dəstəklənmişdir.
    Konstitusiya günü münasibətilə başda Respublika Prezidenti İlham Əliyev olmaqla Azərbacan xalqını təbrik edirəm, möhkəm can sağlığı, əmin amanlıq, səadət, vətənimizin və dövlətimizin inkişafı naminə Konstitusiyamızın verdiyi bütün imkanlardan istifadə etməyi arzulayıram!!!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ