Sizin reklam burada
Sizin reklam burada
  • Deputat: “Ordumuz Ermənistanın təxribatlarının qarşısını layiqincə alıb, bundan sonra da alacaq”

    Deputat: “Ordumuz Ermənistanın təxribatlarının qarşısını layiqincə alıb, bundan sonra da alacaq” “Ermənistan Silahlı Qüvvələri zaman-zaman istər Azərbaycanın Ermənistanla dövlət sərhəddində, istərsə də cəbhədə qoşunların təmas xəttində diversiya-kəşfiyyat qrupları təxribat törətmək cəhdləri olub. Ancaq bu cəhdlər Azərbaycan ordusu tərəfindən alınıb. Diversiya qrupları itki verərək geri şəkilib, bir çox hallarda isə qrup üzvləri əsir götürülüb. Elə Ermənistan silahlı qüvvələrinin avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində növbəti diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd edib. Azərbaycan ordusunun sayıqlığı və həyata keçirdiyi qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgin Alberyan əsir götürülüb”.
    Bunu millət vəkili İltizam Yusifov deyib.
    Millət vəkilinin sözlərinə görə, Ermənistanın silahlı qüvvələri bundan öncə də Azərbaycana qarşı terror, diversiya və sabotaj törətmək üçün əməliyyatlar həyata keçirməyə cəhd edib və onların qarşısı alınıb. “Əməliyyatın qarşı alınarkən bir neçə erməni kəşfiyyatçısı saxlanılıb. Bununla bağlı bir neçə faktı çəkə bilərik. Məsələn Ermənistanda xüsusi təlim keçən Arsen Baqdasaryan Azərbaycanın müdafiə qabiliyyətini zəiflətmək məqsədilə Silahlı Qüvvələrimizin müdafiə mövqelərinə tərəf keçib səngərlərdə partlayışlar törətmək üçün mina basdırılması barədə göstərişlər alıb. Arsen Baqdasaryan bu məqsədlə cinayətkar birliyin digər üzvləri ilə birlikdə 2014-cü il dekabrın 26-da qoşunların təmas xəttini gizli olaraq keçərək, özləri ilə götürdükləri 7 ədəd "fuqas" tipli piyada əleyhinə minalardan 3 ədədini Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında yerləşdirdikdən sonra geri qayıtmaq istəyərkən tutulub. Arsen Baqdasaryan Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
    Digər belə bir təxribatın qarşısı 2018-ci ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində alınıb. Belə ki, düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun üzvü olan Ğazaryan Karen saxlanılıb. O da Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. Avqustun 23-dəki olay bir daha Ermənistanın işğalçılıq siyasətini davam etdirərək möhkəmləndirməyə, bölgədə gərginliyi artırmağa xidmət edir. Ermənistanın Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda iştirakı da imitasiya xarakteri daşıdığının barzi nümunəsidir”- deputat qeyd edib.
    Deputat onu da bildirib ki, bu təxribatlar düşünülmüş məkrli planlaırn tərkib hissəsidir: “Ancaq Azərbaycan ordusu bu dəfə də bu təxribatın qarşısını aldı və düşmənə layilqi cavabını verdi. Ümumiyyətlə Ermənistan tərəfinin son dövrlərdə Azərbaycan qarşı həyata keçirmək istədiyi məkrli planlar iflasa uğramaqdadır. Bu planlar iflasa uğradıqca Ermənistan öz qazdığı quyuya düşməkdədir. Necə ki, iyulun 12-də Azərbaycan dövlət sərhəddinin Tovuz istiqamətində törətdiyi təxribat kimi, Ermənistan tərəfi ola bilsin ki, iyulda Tovuz istiqamətində uğursuzluqla nəticələnən məkrli planını Goranboy istiqamətində kişik miqyasda reallaşdırmaq istəyib.
    Ola bilsin ki, İrəvan Ermənistan cəmiyyətinin Azərbaycan-Türkiyənin ən yüksək səviyyədə hərbi əməliyyatlarından və əməkdaşlığından ciddi narahatçılıq, qorxu, həyəcan hissi keçirdiyinə görə belə bir əməliyyat reallaşıdrmağa çalışmaqla insanlarda təskinlik yaratmağa çalışıb. Burada digər məkrli planlar da olmamış deyil. Diversiyanın Ermənistanın müdafiə naziri Davit Tanoyanın “Armiya-2020” hərbi-texniki forumda iştirak etmək üçün Moskvaya səfəri zamanı baş verməsi də təsadüfi xarakter daşımır. Ermənistan bu yolla cərhəddə vəziyyəti gərginləşdirməklə yaranmış vəziyyətə görə Azərbaycan tərəfini ittiham etmək niyyətində olub. Amma istənilən halda ordumuzun sayıqlığı nəticəsində düşmənin istənilən hərəkətinin qarşısı alınıb. Bu da onu sübut edir ki, Azərbaycan ordusu hərbi peşəkarlıq və digər səhətlər baxımından güclü olmaqla yanaşı, hərbi-psixoloji cəhətdən də yüksək səviyyədə olduğundan işğalçı Ermənistanla sərhəddə və cəbhə bölgəsində vəziyyəti tam nəzarətində saxlamasının göstəricisidir. Artıq Ermənistan bunu birdəfəlik anlamalıdır ki, hər hansı güc və yə təxribat yolu ilə Azərbaycana qarşı həyata keçirmək istədiyi məkrli planlar tarixdə qalıb. Azərbaycan dövləti və ordusu belə planların qarşısını alıb, ifşa etmək üçün yetərinə gücə və qüdrətə malikdir.Ermənistan bundan sonra planlaşdırıb həyata keçirmək istədiyi çirkin əməllərin, təxribatlaırn qarşısı Azərbaycan dövləti və ordusu tərəfindən layiqincə alınacaq. Ona görə də, hesab edirəm ki, ən yaxşı variant Ermənistan olub-bitənlərdən nəticə çıxararaq bölgədə real sülhün, sabitliyin yaranması üçün əməli addımlar atsın. Əgər Ermənistan belə bir əməli addım atmış olarsa, bundan daha çox qazanan elə ermənilər olacaq. Ən nəhayətində erməni cəmiyyəti də rahat nəfəs alaraq inkişaf yoluna qədəm qoya biləcək. Əks təqdirdə Ermənistanı qarşıda ciddi fəalkətlər gözləyir”

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ