Sizin reklam burada
Sizin reklam burada
  • Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir

    Şəhər-universitet, universitet-şəhər modelini həyata keçirməyimiz (Xankəndi şəhərindəki Qarabağ Universiteti nəzərdə tutulur – red.), fikrimcə, uzunmüddətli dövrdə bizə böyük iqtisadi dividendlər də verəcək.

    Bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

    Mikayıl Cabbarov bildirib ki, bu, yalnız o şəhərin canlanması, orada tələbə və müəllim-professor heyətinin formalaşması deyil, həmçinin yaradıcı iqtisadiyyatın faktiki olaraq oraya gətirilməsidir.

    “Nəzərə almaq lazımdır ki, həm Qarabağda, həm də Şərqi Zəngəzurda bizim hər zaman yaradıcılıqla bağlı tərəfimiz güclü olub. Düşünürəm ki, bugünkü iqtisadi model və yanaşmalar, xüsusilə də Qarabağ Universitetində təhsilin müxtəlif dillərdə həyata keçirilməsi və onun mövcud iqtisadi ekosistemlə bağlantısı, o bölgənin iqtisadi potensialının artırılmasına çox böyük töhfə verəcək”, - deyə nazir vurğulayıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ