Sizin reklam burada
Sizin reklam burada
  • Bu il yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 20 milyard manatdan çox olub

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən indiyədək ölkə ərazisində 108 min 631 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.

    Dövlət Vergi Xidmətindən bildirilib ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

    Bu ilin yanvar-sentyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 20 milyard 126 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 milyard manat, yaxud 12,7 faiz çoxdur.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ