Sizin reklam burada
Sizin reklam burada
  • Bu il torpaq icarəyə götürən hüquqi və fiziki şəxslərin sayı məlum olub

    Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət əmlakları ilə bağlı 2 212 yeni icarə müqaviləsi bağlayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,1% çoxdur.

    Bəs bu müqavilələrin neçəsi hüquqi, neçəsi fiziki şəxslərlə bağlanılıb?

    Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, bağlanan müqavilələrin 1895-i fiziki şəxslərlə, 317-si isə hüquqi şəxslərlə bağlanılıb.

    Qeyd edək ki, yanvar-iyun aylarında qeyri-yaşayış sahələrinə dair 312, torpaq sahələrinə dair isə 1 900 müqavilə bağlanılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 1,3% və 25,2% çoxdur.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ