ADY rayonlararası istiqamətlərdə 3800-ə yaxın sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib
İqtisadiyyat
21-03-2025, 09:58
197
Azərbaycan Dəmir Yolları QSC (ADY) martın 18-20-də gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək rayonlararası istiqamətlərdə 3800-ə yaxın sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib.
ADY-dən bildirilib ki, martın 18-20-də bütün qatarlarda 100 faizə yaxın doluluq qeydə alınıb.
Tələbatı təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə 28, Bakı-Qəbələ-Bakı marşrutu üzrə 20 əlavə reys təyin olunub, Bakı-Balakən-Bakı qatarlarına isə əlavə vaqonlar qoşulub.