Sizin reklam burada
Sizin reklam burada
  • "Araz Vadisi İqtisadi Zonası"ndakı şirkətə rezident statusu verildi

    "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "ZF Group” MMC-yə rezident statusu verilib və bununla da rezidentlərin sayı 7-yə çatıb.
    Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
    "Şirkət tərəfindən Sənaye Parkının ərazisində müxtəlif çeşiddə yapışqan lentlərin istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 1 milyon manat olan müəssisədə 32 nəfər daimi işlə təmin olunacaq", - nazir qeyd edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ