Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan nefti bahalaşır

    Azərbaycan nefti bahalaşır CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 10-da 73,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,36 dollar/barel çoxdur.
    Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
    FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 72,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,35 dollar/barel çoxdur.
    Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,28 dollar/barel çoxdur.
    Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 71,71 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,32 dollar/barel çoxdur.

    (Tərcümə: Orxan Nəbiyev)

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ