Bunu deputat Qüdrət Həsənquliyev parlamentdə insan alverinə qarşı mübarizə üzrə illik hesabatda çıxış edərkən deyib.
O, çıxışında polis orqanları əməkdaşlarının əmək haqlarının artırılmasını təklif edib. Bildirib ki, əməkhaqlarının ən azı iki dəfə artırılmasına ehtiyac var: “Qarşıda büdcənin hazırlanması işləri gəlir. Aidiyyəti dövlət orqanları yəqin ki, bu məsələni nəzərə alar. Çünki polis orqanları ölkədə ən az maaş alan qurumlardan biridir. Xoşagəlməz halların da bir çoxu maaş azlığından yaranır”.
