Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov deyib.
Onun sözlərinə görə, son 2 il ərzində pensiyalar üzrə təxminən 280 milyon manat həcmində əsassız ödənişlər aşkarlanıb.
“Dövlət Sosial Müdafiə Fondu tərəfindən əsassız olaraq heç kimin pensiyası dayandırılmır. 2018-ci ildən etibarən bu sahədə ciddi iş aparılır. Şəxsin əsassız olaraq pensiya hüququndan istifadə etdiyi aşkarlananda, pensiyanın təyin olunduğu dövrlə bağlı nöqsan aşkarlananda və ya indiki qanunvericiliyə uyğun olmadıqda məbləğlərə düzəliş edilir”.
