Sizin reklam burada
Sizin reklam burada
  • “Marca”: Mərakeş yığması Afrika Millətlər Kubokunun qalibi elan ediləcək

    İdman Arbitraj Məhkəməsi (CAS) bu gün 2025-ci il Afrika Millətlər Kubokunun final matçının qalibi ilə bağlı qərarını açıqlayacaq.

    Qərarın Mərakeş millisinin xeyrinə olacağı gözlənilir.

    Xatırladaq ki, final qarşılaşmasının 90+9-cu dəqiqəsində baş hakim Jan-Jak Nqambo Ndala Mərakeş millisinin lehinə penalti təyin edib. Buna etiraz olaraq Seneqal yığmasının futbolçuları meydanı tərk ediblər. Fasilə 15 dəqiqədən çox davam edib. Daha sonra Seneqal millisinin kapitanı Sadio Mane komanda yoldaşlarını oyuna qayıtmağa razı salıb.

    Matçın 90+23-cü dəqiqəsində Mərakeş millisinin vingeri Brahim Dias penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. O, “panenka” zərbəsi ilə topu qapıçı Eduar Mendinin üzərinə vurub.

    Görüşün əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda Seneqal millisinin yarımmüdafiəçisi Pap Qeye komandasına qələbə qazandıran yeganə qolu vurub.

    Lakin mart ayında Afrika Futbol Konfederasiyasının (CAF) Apellyasiya Komitəsi Seneqal millisinə 0:3 hesablı texniki məğlubiyyət verib və çempionluq titulunu Mərakeş yığmasına təqdim edib.

    CAS-ın bugünkü qərarının turnirin qalibi ilə bağlı mübahisəyə son qoyacağı gözlənilir.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ