Sizin reklam burada
Sizin reklam burada
  • İkiqat dünya rekordçusu olan idmançı 33 yaşında vəfat edib

    Sərbəst dalğıclıq üzrə ikiqat dünya rekordçusu, niderlandlı idmançı Janin Qrasmeyer 33 yaşında vəfat edib.

    Bu barədə idmançının yaxınları məlumat yayıblar.

    Dalğıclığın sərbəst immersiya (nəfəsi tutaraq suya dalma - FIM) növündə iki dəfə dünya rekordu müəyyənləşdirib. O, 2016-cı ildə bir nəfəsə 92 metr dərinliyə enərək yeni dünya rekorduna imza atıb. İdmançı bu məsafəni 3 dəqiqə 46 saniyəyə qət edib.

    FIM növündə idmançılar üzgəclərdən istifadə etmədən, şaquli ipdən tutaraq suyun dərinliyinə enir və səthə qalxırlar.

    Janin Qrasmeyer 2016-cı ildəki nailiyyətindən əvvəl də dünya rekorduna sahib olub. O, 2013-cü ildə - 20 yaşında Yunanıstanın Kalamata şəhərində keçirilən yarışöncəsi tədbirdə 90 metr dərinliyə enib.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ