Sizin reklam burada
Sizin reklam burada
  • Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib


    Azərbaycan kişi və qadınlardan ibarət milli komandaları Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında V tur oyunlarını keçiriblər.

    Qadınların yığması Serbiyaya 3:1 hesabı ilə qalib gəlib.

    Kişilərdən ibarət komanda isə Rumıniya ilə heç-heçə edib.

    Qeyd edək ki, turnir cədvəlində qadın yığması 10 xalla 4-cü, kişi komandası isə 8 xalla 11-ci pillədə qərarlaşıb.

    İsveçrə sistemi üzrə keçirilən Ümumdünya Şahmat Olimpiadası 11 turdan ibarət. Yarışa sentyabrın 27-də yekun vurulacaq.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ