Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
43 yaşlı mütəxəssis bu ilin aprel ayından komandaya rəhbərlik edirdi. Aşağı liqa təmsilçisi onun rəhbərliyi altında keçirdiyi 6 oyunda 2 qələbə qazanıb, 3 heç-heçə edib və 1 məğlubiyyət alıb.
Qeyd edək ki, Cermeyn Defo məşqçilik karyerası ərzində daha əvvəl “Tottenhem”in gənclər komandasında məşqçi, həmçinin Şotlandiyanın “Reyncers” klubunda baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.
