Sizin reklam burada
Sizin reklam burada
  • Dünya çempionatı: Kolumbiya Özbəkistana qalib gəlib

    Futbol üzrə dünya çempionatının K qrupunda mübarizə aparan Özbəkistan komandası Kolumbiya ilə qarşılaşıb.

    Görüş 3:1 hesabı ilə Kolumbiyanın qələbəsi ilə yekunlaşıb.

    Bu, Özbəkistanın dünya çempionatları tarixində debüt matçı olub.

    Qeyd edək ki, bu qrupun ilk oyununda Portuqaliya Konqo Demokratik Respublikası ilə bacarmayıb. Qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb.

    Bu gün dünya çempionatında ikinci turun oyunlarına start veriləcək. A qrupunda Çexiya Cənubi Afrika Respublikası ilə qarşılaşacaq. B qrupunda isə İsveçrə yığması Bosniya və Herseqovina komandası ilə üz-üzə gələcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ