Sizin reklam burada
Sizin reklam burada
  • Neft Emalı Zavodunda baş vermiş yanğın tam söndürülüb

    İyunun 18-də saat 08:30 radələrində Neft Emalı Zavodunun 31 saylı Katalitik Reforminq Qurğusunda yerləşən 211/1 saylı isti dəyişdiricinin üst qapaq hissəsində buraxılış nəticəsində yanğın hadisəsi baş verib. Hadisə dərhal nəzarətə götürülüb və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin çevik müdaxiləsi nəticəsində yanğın tam söndürülüb.

    Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, zavodun fəaliyyəti təhlükəsizlik tələblərinə uyğun şəkildə davam etdirilir və istehsalat prosesində hər hansı fasilə müşahidə olunmur.

    Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ