Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə istehsal olunan elektrik enerjisinin 10 milyard 179,1 milyon kilovat-saatı əmtəəlik məhsulun payına düşüb ki, bu da ötən illə müqayisədə 2 faiz azdır.
Hesabata əsasən, külək elektrik stansiyalarından istehsal 66,8 dəfə artaraq 427,4 milyon kilovat-saat, Günəş elektrik stansiyalarından istehsal 1,2 faiz azalaraq 182 milyon kilovat-saat, su elektrik stansiyalarından istehsal isə 4,1 faiz azalaraq 1 milyard 444,5 milyon kilovat-saat təşkil edib.
