Sizin reklam burada
Sizin reklam burada
  • “Turan Tovuz” Portuqaliya yığmasının sabiq futbolçusu ilə müqavilə imzalayıb

    “Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

    Klubdan bildirilib ki, son olaraq Sloveniya təmsilçisi “Olimpiya”nın şərəfini qorumuş portuqaliyalı müdafiəçi Xorxe Silva ilə 2 illik müqavilə imzalanıb.

    Vətənində “Sportinq” B, “Leyşoeş” və “Pasoş Fereyra” komandalarının formasını geyinmiş 29 yaşlı sağ cinah oyunçusu Portuqaliyanın U-18, U-19 və U-20 yığmalarının üzvü olub.

    Xorxe Silva son mövsümdə “Olimpiya”nın heyətində 48 oyun keçirib. O, UEFA Konfrans Liqasında 13, Sloveniya çempionatında 33, ölkə kubokunda isə 2 oyunda meydana çıxıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ