Sizin reklam burada
Sizin reklam burada
  • AFFA “Neftçi”nin şikayətini təmin etməyib

    AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi” klubunun şikayətini təmin etməyib.

    Azərbaycan Kubokunun ¼ final mərhələsinin “Kəpəz”lə matçının 58-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun diskvalifikasiya olunan Bakı klubunun futbolçusu Bassalu Sambu ilə bağlı qərar dəyişdirilməyib.

    Bundan başqa, kluba tətbiq olunan 1500 manat cərimə qərarı da qüvvədə saxlanılıb.

    Maraqlı tərəf Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququna malikdir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ