Adil Aliyev Ayaz Mextiyevi qəbul edərək ona təbriklərini çatdırıb və gələcək fəaliyyətlərində uğurlar arzulayıb
İdman
8-02-2025, 19:42
231
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Aliyev bu günlərdə Azərbaycan Respublikasının gənclər və idman naziri hörmətli Fərid Qayıbov tərəfindən Azərbaycan Respublikasının "Əməkdar məşqçisi" adı alan Azərbaycan Kikboksinq Federasiyasının təcrübəli məşqçilərindən olan Ayaz Mextiyevi qəbul edərək ona təbriklərini çatdırıb və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Görüşdə kikboksinq idman növündən dəfələrlə dünya və Avropa çempionu olan Eduard Məmmədovda iştirak edib. Sonda Adil Əliyev və idmançılar idmana göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.