Sizin reklam burada
Sizin reklam burada
  • III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib – SƏRƏNCAM

    Prezident İlham Əliyev “III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
    Sərəncama əsasən, “III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 7, maddə 847) 1-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsinin tərkibi aşağıdakı redaksiyada verilib.
    Təşkilat Komitəsinin sədri
    Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini
    Təşkilat Komitəsi sədrinin müavini
    Azərbaycan Respublikasının gənclər və idman naziri
    Təşkilat Komitəsinin üzvləri:
    Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
    Azərbaycan Respublikası maliyyə nazirinin müavini
    Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
    Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
    Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
    Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
    Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
    Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
    Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
    Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
    Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini
    Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
    Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini
    Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru
    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müavini
    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini
    Heydər Əliyev Beynəlxalq Aeroportu direktorunun müavini
    “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini
    “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini
    Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi baş direktorunun müavini
    “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti
    Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
    “CBC Sport” televiziya kanalının baş direktoru
    Oğuz Rayon İcra Hakimiyyətinin başçısı
    Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini
    Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini
    Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini
    Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini
    İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini
    Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini
    Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini
    Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini
    Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini
    Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini
    Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini
    Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini
    Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini
    Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini”.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ