Sizin reklam burada
Sizin reklam burada
  • Dünya çempionatının final oyunu polşalı FIFA referisi Şimon Marçinyaka həvalə olunub

    Qətərdə təşkil olunan dünya çempionatının finalında keçiriləcək Argentina - Fransa matçına hakim təyinatları açıqlanıb.
    Həlledici oyun polşalı FIFA referisi Şimon Marçinyaka həvalə olunub. Ona həmyerliləri Pavel Sokolnitski və Tomaş Listkeviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını ABŞ-dan olan İsmail Elfat yerinə yetirəcək.
    Qeyd edək ki, dekabrın 18-də oynanılacaq Argentina - Fransa matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ