Sizin reklam burada
Sizin reklam burada
  • BOKS UZRƏ AVROPA ÇEMPİONU, DUNYA KUBOKUNUN QALİBİ İKİ ERMƏNİNİ MƏĞLUB EDƏN, ƏSLƏN LAÇINLI ÜMİD RÜSTƏMOV DÖYÜŞƏ KÖNÜLLÜ YAZILDI

    BOKS UZRƏ AVROPA ÇEMPİONU, DUNYA KUBOKUNUN QALİBİ İKİ ERMƏNİNİ MƏĞLUB EDƏN, ƏSLƏN LAÇINLI ÜMİD RÜSTƏMOV DÖYÜŞƏ KÖNÜLLÜ YAZILDI "Vətən mənə oğul desə, nə dərdim..."
    Bu gün bütün sərhəd boyunca gedən şiddətli döyüşlərdədə rəşadətli Ordumuz düşmənə layiqli cavablar verir, 30 ildir ki, işğal altında inildəyən doğma torpaqlarımızı-Qrabağımızı kəndbə-kənd geri qaytarır və tarixin şanlı səhifəsinə qəhrəmanlıq salnaməsini yazır. Bəli, Azərbaycan Ordusu bu gün erməni terrorçularına öz yerlərini göstərməkdə əzmlə davam etməkdədir. Hər gün aldığımız yeni qələbə
    xəbərləri xalqimızda, xüsusən gələcəyimizin qaranti olan gənclərimizdə döyüşə böyük ruh yüksəkliyi yaradır.
    Qürur hissi ilə qeyd etmək istərdim ki, artıq döyüşə könüllü yazılanların sayı-hesabı bilinmir. Xalq-Ali baş komandan-Ordu birliyi düşməni möhkəmcə təşvişə salıb. Odur ki, bu birliyi qırmaq üçün onlar çirkin yollara əl atmaqdan həya etmirlər. Bu məqsədlə cəbhə boyunca mülki əhalini, yaşayış evlərini hədəf seçərək atəşə tutur, infrastruktura küllü miqdarda ziyan vurur, lakin bununla heç nəyə nail ola bilmirlər. Düşmənin gözləntilərinin əksinə olaraq, cəbhə xəttində heç kəs yaşadığı evi tərk etmir, daha çox əhval-ruhiyyəsini qaldıraraq Ordumuzun gücünə inandıqlarını bildirirlər. BOKS UZRƏ AVROPA ÇEMPİONU, DUNYA KUBOKUNUN QALİBİ İKİ ERMƏNİNİ MƏĞLUB EDƏN, ƏSLƏN LAÇINLI ÜMİD RÜSTƏMOV DÖYÜŞƏ KÖNÜLLÜ YAZILDI Qururverici hallardan biri də döyüşə könüllü yazılanlar arasında idmançı gənclərimizin yetərincə yer almasıdır. Onlardan biri də "Atribut" qəzetinin ötən saylarında və "Atributinfo.az" saytında rinqdə qazandığı uğurlarından söz açdığımız müsahibimiz-boks üzrə Avropa Çempionu və Dünya Kubokunun qalibi, əslən Laçın rayonundan olan Ümid Rüstəmovdur. Fəxrlə deyə bilərik ki, Ümid peşəkar rinqda, dünya idman ictimaiyyətinin gözü önündə iki erməni rəqibini məğlub edib, onların bayrağını endirən, Azərbaycan bayrağını başları üstündə dalğalandıran fəxrimiz, qürur mənbəyimizdir.
    Peşəkar rinqdə sözünü deyən, iki erməniyə qan udduran Ümid Vətənin dar günündə, təkcə doğma Laçın deyil, bütövlükdə Qarabağ torpaqlarının düsmən işğalından azad edilməsi yolunda, necə deyərlər, qolunu çıxmayıb, silaha sarılıb yağı üstünə gedərək, onlara açıq savaşda da öz sözünü demək naminə könüllü olaraq döyüşə yazılıb.
    Onu da qeyd etmək yerinə düşər ki, Ümid Əhlibeyt aşiqlərindəndir. Tanrı eşqinə Torpaq, Vətən, Ana haqqınını namusu qədər üstün tutaraq bu haqq savasına qatılmağı özünə vicdan borcu hesab edir və bu döyüşdən xalqımızın həm də ona görə qalib çıxacağına döyüşün əzəl dəqiqələrindən inanır ki, dinə, imana, təqvaya, Tanrıya qəlbən inanclı xalqımız hazırda Məhərrəmlik ayını yaşayır. Və bu ayın çərçivəsində aparılan haqq savaşı İmam Hüseyn savasıyla bir çox cəhətlərilə üst-üstə düşür. "Bizim böyük qələbəmizin müjdəçisi uca Yaradanın köməkliyi ilə İmam Hüseyn ağadan gələcək. Ali baş komandan, möhtərəm Prezidentimizin qətiyyəti, rəşadətli Ordumuzun hünəri sayəsində tezliklə doğma Qarabağı yağı taptağından azad edəcəyik", deyir Ümid.
    Bəli, Ümidin təbirincə desək, Ali baş komandana, yenilməz Ordumuza gücü böyük Yaradan, uca Tanrı verir və verəcək. Çünki, Cənab Prezidentin dəfələrlə vurğuladığı kimi, bizim yolumuz haqq yoludur, savaşımız haqq savasıdır. Biz öz torpaqlarımızda vuruşuruq. Qələbə bizimdir inşallah! Qarabağ Azərbaycandır!

    Bəradər SƏMƏNDƏRLİ

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ