İsveçli hücumçu "Milan"la müqaviləsini uzatmamağa qərar verib. Təcrübəli futbolçu səhmlərinin bir hissəsinə sahib olduğu "Hammarbü" klubuna keçəcək.
Daha öncə "ağ-yaşıllar"ın idman direktoru Yesper Yansson ulduz futbolçunun transferinin mümkün olduğunu açıqlamışdı. İbrahimoviç koronavirusa görə elan olunan karantin günlərində "Hammarbü"də məşq etmişdi.
38 yaşlı futbolçu bu mövsüm "Milan"da 11 oyun keçirib, 4 qol vurub, 1 assist edib.
