Sizin reklam burada
Sizin reklam burada
  • Gənc atletimiz “Minsk U20 International Match” turnirində qızıl medal qazanıb

    Gənc atletimiz “Minsk U20 International Match” turnirində qızıl medal qazanıb Fevralın 25-də Azərbaycanın gənc atleti Rüstəm Məmmədov Belarusda keçirilən 20 yaşadək idmançılar arasında “Minsk U20 International Match” turnirində qızıl medal qazanıb.
    İdmançımız üç təkanla tullanma növündə 15,83 metr nəticə göstərərək Azərbaycan bayrağını zirvələrə yüksəldib.
    Turnirdə ölkəmizi Aleksey Əliəkbərov, Teymur Salahzadə, Vahid Kərimov, Kəsgin Abbaszadə, Rüstəm Məmmədov, Yusif Nəzərov, Aydın Bədəlov, Lamiyə Vəliyeva və Yelena Pextireva təmsil edirlər.
    İdmançılarımız turnirdə qaçış (60 m, 400 m, 1500 m), tullanma (üçtəkanla, hündürlüyə, uzunluğa) və nüvəitələmə yarışlarında öz qüvvələrini sınayırlar.
    Qeyd edək ki, turnirdə atletlərimiz yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Nazim İsrafilovun rəhbərliyi altında mübarizə aparırlar.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ