Atributinfo.az xəbər verir ki, dünən axşam saatlarında Xaçmaz rayonunda restoranların birində 2003-cü il təvəllüdlü Z.Bəşirovaya kəsici alətlə çoxsaylı xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının tanışı 1996-ci il təvəllüdlü Muxtarov Sakit Muxtar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.